Qeydiyyat

“WING CHUN” DÖYÜŞ SƏNƏTİNİN AZƏRBAYCANDA İNKİŞAF TARİXİ

Yaranışı 350 illik bir tarixə söykənən Wing Chun döyüş sənəti Dünyanın əksər ölkələrində sürətlə inkişaf olunur. Lakin ölkəmizdə 15- ildir ki mövcuddur. Bu Döyüş sənəti ilk dəfə 2008-ci ildə rəsmi olaraq, Vinq Çun Ustası Asif Sayadov tərəfindən ölkəmizə gətirilib. Hazırda Wing Chun Respublikamızda sürətlə yayılır və sevilir. Azərbaycan Wing Chun federasiyası,  Dünya  Wing Chun Birliyinin (WWCU) və eləcə də beynəlxalq Vinq Çun təşkilatının (IWCO) rəsmi üzvdür.

Federasiyanın prezidenti Respublikanın əməkdar məşqçisi – Asif Sayadovdur.

Məqsəd, bu idman növünü inkişaf etdirmək və gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması və vətənimizi hüdudlarından kənarda təmsil etmək, idman şərəfini layiqincə qorumaqdır.

XƏBƏRLƏR