Honq-Konqda avqustun 14-dən 18-dək Çin Döyüş Növləri üzrə 15-ci Beynəlxalq Uşu Müsabiqəsi və Vinq-Çun üzrə 11-ci dünya çempionatı keçirilib.

Otuz ölkədən 2 mindən çox atletin iştirak etdiyi yarışmada ölkəmizi Vinq Çun Federasiyasının 12 idmançısı təmsil edib. Onlar yüksək nəticə göstərərək 6 qızıl və 4 gümüş medal qazanıblar.

Yeniyetmələr arasında birinci yerləri Nailə Əliyeva (Vinq Çun tao lu), Məryəm Mahalova (Vinq Çun tao lu), İsmayıl Sayadlı (Vinq Çun kontakt – 75kq), Məhəmmədəli Axundov (Vinq Çun kontakt – 56 kq) tutublar.

Gənclər və böyüklər arasında birinci yeri Ayman Mahal (Vinq Çun kontakt – 65 kq), ikinci yerləri İbrahim Ağayev (Vinq Çun kontakt – 56 kq), Mehman Bədəlzadə (Vinq Çun kontakt – 80 kq), Süleyman İsmayılov (Vinq Çun kontakt – 75 kq), Murad Məhərrəmov (Vinq Çun tao lu) tutublar. 45-60 yaş arasında isə birinci yeri Mahmud Mehtioğlu (Vinq Çun tao lu) tutub.