
ASİF SAYADOV – FEDERASİYANIN PREZİDENTİ
İDARƏ HEYƏTİNİN SƏDRİ
Asif Sayadov 01.06.1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulub. Ali təhsillidir, 1999-cu ildə Bakı Biznes Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini, 2014-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi”, 5-qat dünya çempionu, Federasiyanın təsisçisi və prezidentidir. 2010-cu ildən Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının və Dünya Vinq Çun Birliyinin Azərbaycan üzrə yeganə təmsilçisi və rəsmi nümayəndəsidir.
Eyni zamanda Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidentidir.

İLQAR MUSTAFAYEV – I VİTSE – PREZİDENT
İDARƏ HEYƏTİNİN ÜZVÜ
İlqar Mustafayev Valeh oğlu 28.02.1988 Bakı şəhərində anadan olub.
Atatürk liseyini bitirmişdir. 2009-cu ildə İqtisad universiteti Türk İşletme fakultesinin bakalavr məzunu olmuşdur.
2021-ci ildə Frankfurt School of Finance and Management – Beynəlxaq Səhiyyənin İdarə olunması MBA məzunudur.
Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsində çalışır. .

RAMİN ƏLİYEV – BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ VİTSE-PREZİDENT
İDARƏ HEYƏTİNİN ÜZVÜ
Əliyev Ramin Rəşid oğlu, 25.09.1979 Gəncə şəhərində anadan olmuşdur, Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqromühəndis ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir, 2006-2019 cu illərdə Schlumberger şirkətində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, hazirda isə SOCAR AQŞ şirkətində qrup rəhbəri vəzifəsində çalışır.

MAHMUD MEHTİOĞLU – ÜMUMİ İŞLƏR ÜZRƏ VİTSE – PREZİDENT
İDARƏ HEYƏTİNİN SƏDR MÜAVİNİ
Mehtioğlu Mahmud Nuraddin oglu 1972-ci il Gurcustan Respublikasinin Bolnis Kəpənəkçi kəndində anadan olmuşdur.
Ali təhsillidir, 1996 -ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsini,2002-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasinin Dəniz Mühəndisliyi fakültəsini bitirmisdir.Hal-hazirda Azfen BM Rəhbər vəzifəsində çalısır.2019-cu ildə Çinin Foşan şəhərində keçirilən Wing Chun üzrə dünya çempionatında Chi Sao üzrə Dünya mükafatçısı olmuşdur.

AYDIN SAYADLI – BAŞ KATİB
Aydın Sayadlı 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexatronika və Robototexnika ixtisası üzrə təhsil almışdır. İdman fəaliyyəti dövründə vinq çun idman növü üzrə dəfələrlə Azərbaycan çempionu olmuş, müxtəlif beynəlxalq turnirlərin qalibi adına layiq görülmüş və dünya çempionu titulunu qazanmışdır. Hazırda Azərbaycan Vinq Çun Federasiyasında Baş katib vəzifəsində fəaliyyət göstərir.

BABƏK ZEYNAL – MƏTBUAT KATİBİ
Zeynalov Babək Adəm oğlu 29.06.1990-cı ildə Naxçıvan M\R-nın Babək rayonunda anadan olub. 2012-ci ildə İnformasiya texnologiyaları üzrə pedaqoji, Azərbaycan Tədris Akademiyasında jurnalistika üzrə təhsil alıb. Daha sonra Polşanın paytaxtı Varşavada təhsilini davam etdirmişdir. 2014-cü ildən Lider Televiziyasında reportyor vəzifəsində çalışıb. 2020-ci ildən etibarən CBC Televiziyasında aparıcı-müxbir vəzifəsində çalışır.
2-ci Vətən müharibəsində ən qaynar nöqtələrdə hərbi reportyor kimi fəaliyyət göstərmişdir.

AZƏR MAHALOV – MALİYYƏ ŞÖBƏSİNİN MÜDİRİ
Mahalov Azər İbadullah oğlu,28.04.1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İdarəetmə İnstitutunu, İdarəetmənin təşkilatçısı ixtisası üzrə bitirmişdir. Uzun müddətdir ki, ölkənin maliyyə sektorunda fəaliyyət göstərir və hal-hazırda Regency Consulting and Tax Solutions MMC-nin idarəedici partnyorudur.2020-ci ildən Azərbaycan Vinq Çun Federasiyasının Maliyyə Şöbəsinin Müdiri vəzifəsində çalışır.

ƏLFİ MƏMMƏDOV- NƏZARƏT TƏFTİŞ KOMİSSİYASININ SƏDRİ
İDARƏ HEYƏTİNİN ÜZVÜ
Məmmədov Əlfi Natiq oğlu 1993-cü ildə Siyəzən şəhərində doğulub. Ali təhsillidir, Azərbaycan Texnikli Universitetinin Telekomunikasiya və Rabitə Fakültəsini bitirib. Dəfələrlə Respublika çempionu və 2019-cu ildə Çində keçirilən Dünya çempionatının gümüş mükafatçısıdır.