Yarış 3- kateqoriyada  keçirilir; vinq çun –kontakt , Tao Lu (kompleks hərəkətlərin nümayişi)  və Çi Sao – kontakt

Vinq çun –kontakt üzrə qaydalar:

  1. Hər bir döyüş 2 dəqiqə olmaqla 2 raunddan ibarətdir.

  2. Hər bir döyüşçü təyin edilmiş geyim forması və qoruyuculardan istifadə etməlidir.

  3. Döyüş zamanı 5 saniyə ərzində yıxma fəndlərinə icazə verilir.

  4. Döyüşçüyə yumruqla ancaq düz zərbələrə icazə verilir.

  5. Döyüş zamanı yumruqla yan və altdan başa və qarına vurulan zərbələr qadağandır.

  6. Yerdə vurma boğma və ya ağrıdıcı fəndlər qadağandır!

  7. Döyüşçülər xüsusi nəzərdə tutulmuş beş barmaq əlcəyindən və üzü şüşə ilə bağlı baş qoruyucusundan istifadə etməlidirlər.

  8. Tatamidən 3 dəfə çıxan döyüşçü məğlub hesab edilir.

  • Geyim formasına riayət etməyən döyüşçü yarışa buraxılmır və qələbə rəqibinə verilir.

  •  – Döyüş metodları:

  • Vinq-Çun qaydalarına görə döyüş aşağıdaki qaydalara uyğun olmalıdır:

  • 1) Gücün qısa (“cunjin”) tətbiqi ilə yaxın məsafəli döyüş olmalıdır (“duanda”).

  • 2) Bütün yaxın məsafəli Vinq-Çun zərbələrinə (Vinq-Çun Taolu`ya müvafiq olan) icazə verilir (həmçinin tutmada).

  • 3) Vinq-Çun`a aid olan bütün növ ayaq zərbələrinə (Vinq-Çun Taolu`ya əsasən) icazə verilir, aşağı və orta səviyyədə dairəvi ayaq zərbələri daxil olmaqla (“biantui”).

  • 4) Çiyin və bədən hissələri ilə olan bütün yaxın məsafəli zərbələrə (“kaoda”) icazə verilir (həmçinin tutmada).

  • 5) Ayaq üstdə olan mövqedən bir ayağı tutmaqla bütün atma fəndlərinə icazə verilir.

  • 6) Bədəni tutmaqla yaxın məsafədən bütün atma fəndlərinə icazə verilir.

  • 7) Ayaq üstdə olan mövqedən bütün badalaq fəndlərinə (“saotui”) icazə verilir.

  • 8) Rəqibin ayağı tutarkən əl və ayaq zərbələrinə icazə verilir.

  • – Qadagandır:

  • 1) Hər iki ayağı tutmaqla heç bir atma fəndlərinə icazə verilmir.

  • 2) Yerə yıxmaqla atma fəndlərinə icazə verilmir.

  • 3) Platformadan itələmək qadağandır.

  • 4) Dairəvi ayaq zərbələrinə icazə verilmir (arxadan dairəvi ayaq zərbələri daxil olmaqla).

  • 5) Kəsici zərbələr icazə verilmir (“piquan”).

  • 6) Baş ilə zərbələr icazə verilmir.

  • 7) Boyun tutmaqla atma fəndlərinə icazə verilmir.

  • 8) “Kilidli” atma fəndlərinə icazə verilmir.

  • 9) Dirsək ilə zərbələr icazə verilmir.

  • 10) Ayaqlara tapdalayıcı zərbələr icazə verilmir.

  • 11) Rəqibin qolunu tutarkən əl və ayaq zərbələri icazə verilmir.

  • 12) Başa ikidən çox ardıcıl əl zərbələri vurmaq icazə verilmir.

  •  – Qadağan olunmuş zonalar:

  • 1) Baş arxası və boyun.

  • 2) Boğaz.

  • 3) Qasıq.

  • 4) Bel-kürək (arxa).

  • 5) Əl və ayaq oynaqları.

  • 6) Gözlər.

  • Diqqət:

  • Qadağan olunmuş zonalara qəsdən hücümlar edildikdə diskvalifikasiya olunur.

  • Qadağan olunmuş zonalara qəsdən olmayan hücümlar edildikdə xəbərdarlıqla cəzalandırma olacaq.

  • İki qəsdən olmayan hücüm diskvalifikasiyaya səbəb olur.