11 noyabr 2023-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində, Vinq-Çun üzrə 3-cü Azərbaycan birinciliyi və çempionatı keçirildi. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən bu yarışda 20- klubdan 250 dən çox idmançı qələbə uğrunda mübarizə apardılar. Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin, bir sıra federasiya və müxtəlif qurumların nümayəndələri iştirak etdilər. Çempionatda yer tutan idmançılar 2024-cü ilin milli yığma komandasına cəlb olunaraq, qarşıdakı yerli və beynəlxalq çempionatlarda ölkəmizi təmsil edəcəklər