10.05.2023-cü il tarixində Azərbaycan Vinq Çun Federasiyasının ofisində yeni təyinat rəsmiləşdirilib.
Belə ki, Federasiyanın idarə heyətinin üzvü, icraçı direktor Ramin Rəşid oğlu Əliyev vəzifəsindən azad edilərək yeni vəzifəyə, beynəlxalq əlaqələr üzrə vitse-prezident postuna təyin olunub. Bu vəzifəni icra edən federasiyanın idarə heyətinin üzvü, İlqar Valeh oğlu Mustafayev isə I vitse-prezident postuna təyin olunub.
Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə Vinq Çun döyüş idman növünə olan marağı artırmaqdır”.