16.04.2023-cü il tarixində Azərbaycan Vinq Çun federasiyası “Vinq Çun narkomaniya və uşaq cinayətkarlığına qarşı” şüarı altında ÖZÜNÜMÜDAFİƏ üzrə növbəti Təlim seminarını keçirəcək. Seminar 6 yaşdan 15 yaşa qədər olanlar üçün nəzərdə tutulmuşdur.

Seminar Azərbaycan Vinq Çun Federasiyasının prezidenti, Respublikanın Əməkdar Məşqçisi, Şərq Döyüş Növləri üzrə beynəlxalq dərəcəli Usta Asif Sayadovun rəhbərliyi altında və peşəkar məşqçilər tərəfindən keçiriləcək.
Seminarda, özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri və həmçinin müxtəlif psixoloji və ekstremal situasiyalarda şəraitə uyğun davranış və özünümüdafiə formaları haqqında nəzəri və praktiki təlimlər keçiriləcək.
Təlim 3 hissəli təşkil olnunacaq.,
Psixoloji
Nəzəri
Praktiki.

Seminarın praktiki hissəsində iştirakçılara, küçədə baş verən hər hansı təcavüz və hücuma qarşı effektiv cavab və davranış, fəndlər və əksfəndlər, Azərbaycan Respublikasının Qanunlara uyğun olaraq özünümüdafiə və son zərurət çərçivəsində hücum edən şəxsi necə zərərsizləşdirilməsi taktikaları tədris olunacaq.
Sonda seminar iştirakçılarına iştirakçı sertifikatı təqdim olunacaq.