21 iyul 2023-cü il tarixində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası ilk iclasını keçirib. Assosiasiyaya yeni təyin olunmuş prezident Əməkdar Məşqçi Asif Sayadov iclasa rəhbərlik edib. Çıxışında, ona göstərilən etimada görə, Gənclər və İdman naziri cənab Fərid Qayıbova və Assosiasiyanın idarə heyətinə təşəkkürünü bildirən Asif Sayadov, Çin döyüş növlərinin Azərbaycanda daha da inkişafına və bir arada daha effektiv şəkildə fəaliyyət göstərməsinə töhfə verən bu assosiasiyayla bağlı plan və layihələri haqqında danışıb.
Assosiasiyanın strukturunda yeni təyinatlara ehtiyac duyulduğunu, namizdələrin seçilməsinin, yük bölgüsünün nizamlanmasının vacibliyini vurğulayıb. Asif Sayadov çıxışında bildirib ki, assosiasiyada bir araya gətirilən Çin döyüş növlərinin birliyi, resursların birləşdirilməsi, təcrübə və bilik mübadiləsi, idarəetmə və təşkilat məsələlərinin daha effektiv şəkildə həll edilməsi, birgə tədbirlər, seminarlar və yarışlar təşkil etmək üçün daha böyük imkanların olmasına xidmət edəcək.
Assosiasiya eyni zamanda üzv olmuş federasiyalar arasında əlaqə və koordinasiyanın yaxşılaşmasına da nail olacaq, bu da assosiasiyaya üzv olan Çin idman döyüş növləri arasında fəaliyyətlərin daha düzgün və planlı aparılmasına imkan yaradacaq. İclasda iştirak edən, Gənclər və İdman Nazirliyinin nümayəndəsi kurator Əliniyaz Mirzəyev, assosiasiyaya uğurlar arzulayıb və öz tövsiyyələrini verib.
Assosiasiyaya üzv olan federasiya rəhbərləri, Uşu federasiyasının prezidenti Azər Həsənsoy və Kung Fu federasiyasının prezidenti Nurlan Aslanov qarşıda keçiriləcək mötəbər yarışlar, hakimlik seminarları və digər tədbirlərdə federasiyalar arasında birgə əməkdaşlıq etmənin vacibliyini vurğulayıblar. Həmçinin İdarə heyəti və digər üzvlər (Mahmud Mehtioğlu, Babək Əliyev, Ehram Məcidov, Baharəddin Səlimov, Elçin Eminov, Rauf Əliyev,Arzuman Rəsulzadə və Azər Mahalov) iclasda müzakirə olunan məsələlərdə aktiv iştirak edərək fikir mübadiləsi yürüdüblər.
Yaxın günlərdə Azərbaycan Çin Döyüş Növləri Assosiasiasiyasının gələcək planları və həyata keçirilməsi nəzərdə tutulan layihələlərlə bağlı mətbuat konfransı olacaq.
Leave A Comment