Azərbaycan Vinq-Çun Federasiyasının vitse-prezidenti İlqar Mustafayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İlqar Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, Almaniyada “Frankfurt School of Finance and Management” Universitetində Beynəlxalq Səhiyyənin İdarə olunması üzrə magistr (MBA) təhsili alıb.
O, əmək fəaliyyətinə 2006-2007-ci illərdə GRBS LLC-də baş təlim meneceri olaraq başlayıb. 2008-2009-cu illərdə USAID təşkilatında “Azərbaycanda Ticarət, İnvestisiya İslahatlarına Dəstək Proqramı” üzrə layihə rəhbərinin köməkçisi vəzifəsində çalışıb. 2010-2015-ci illərdə VITTA Elmi-Texniki MMC-də Tibbi menecer, 2019-2021-ci illərdə yenidən VITTA Elmi-Texniki MMC-də Tibbi Biznesin inkişafı departamentinin rəhbəri vəzifələrində çalışıb.
Çalışdığı müddət ərzində bir çox dövlət və özəl xəstəxanaların qurulması və tibbi təchizatları üzrə layihə rəhbəri olub. 2015-2019-cu illərdə German Hospitalda baş direktor, 2021-2023-cü illərdə isə “Milli Hematologiya və Transfuziologiya” Mərkəzində İnzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
Ölkəmizdə idmanın inkişafında böyük xidmətləri olan İlqar Mustafayev həmçinin idmançıların dostu kimi də tanınır. O, 2018-ci ildən etibarən Azərbaycan Vinq-Çun Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır. Vinq-Çun döyüş növünün ölkəmizdə tanınması və inkişafında onun böyük əməyi olmuşdur. Bu səbəblə Federasiyamızın bütün kollektivi adından İlqar Mustafayevi məsuliyyətli təyinatı ilə bağlı ürəkdən təbrik edir və yeni işində bol-bol uğurlar arzulayırıq.
Leave A Comment