18.12.2022-ci il tarixində Azərbaycan Vinq Çun Federasiyası Badamdar qəsəbəsində yeni filialının rəsmi açılışını etdi. Açılış mərasimində federasiyanın prezidenti əməkdar məşqçi Asif Sayadov, vitse-prezidentlər İlqar Mustafayev və Mahmud Mehtioğlu, maliyyə şöbəsinin müdiri Azər Mahalov, nəzarət-təftiş komissiyasının sədri Əlfi Məmmədov, baş məşqçi Arzuman Rəsulzadə və eləcə də bir sıra məşqçi və idmançı heyəti iştirak etmişdirlər. Yeni açılan filial rəhbər postuna peşəkar idmançı, 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olan Azər Sahibi təyin edilmişdir. Zəfər İdman klubu adı altında fəaliyyət göstərəcək bu kluba bol-bol uğurlar arzulayırıq.