17 İyul 2022-ci il tarixində Azərbaycan Vinq Çun Federasiyası “İlk tibbi yardım” adı altında tibbi Seminar təşkil etmişdir. Seminar Bakı Biznes Universitetinin akt zalında keçirilmişdir. Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi dr. Azər Sahibi tərəfindən Seminar iştirakçılarına, baş vermiş xoşagəlməz hadisələr zamanı yaralıya və ya zərərçəkənə ilk tibbi yardımın hansı formada edilməsi haqda nəzəri və praktiki bilgilər verilmişdir. Seminarı təşkil edən Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, belə seminarların ayda ən azı bir dəfə təşkil olunmasının vacibliyini vurğuladı. Növbəti seminar avqust ayının sonlarında planlaşdırılır.
Leave A Comment