Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə iyul ayının 24-ü səhər saat 09-00 dan 11-00 dək, Heydər Əliyev Mərkəzinin parkında Wing-Chun üzrə Respublika seminarı təşkil olunacaq. Federasiyanın prezidenti Asif Sayadov rəhbərliyi ilə Ustad dərsləri veriləcək.
Bu seminara yaşından və cinsindən asılı olmayaraq hər kəs qoşula bilər. Seminarda iştirak edənlər Vinq-Çun üzrə nəzəri və praktiki bilgilər əldə edəcəklər. Sonda hər bir iştirakçı sertifikat əldə edəcək.