Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası 20.01.2022-ci il tarixində “20-Yanvar faciəsi”nə həsr olunmuş Vinq Çun-kontakt üzrə Bakı turniri keçirilmişdir. Faciə qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yarış iştirakçılarına federasiyanın idarə heyətinin üzvləri tərəfindən faciə haqqında ətraflı məlumat verilmişdir. Daha sonra 21- çəki dərəcəsində yarışa start verilmişdir. Yarışın qalibləri və mükafatçıları Fedrasiyanın diplom və medalları ilə təltif olunmuşdurlar.