İyulun 24-də Heydər Əliyev Mərkəzi və Azərbaycan Vinq Çun Federasiyasının birgə təşəbbüsü ilə vinq çun üzrə növbəti Respublika seminarı keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd gənclərin sağlam vərdişlərə yiyələnməsinə, ekstremal vəziyyətlərdə özünümüdafiə biliklərinin və özünə inamın artırılmasına yardımçı olmaqdır.
Ustad dərsləri federasiyasının prezidenti Asif Sayadov tərəfindən keçirilib.
Seminarda 200-ə yaxın idmançı iştirak edib.
Leave A Comment