Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının tərkibində fəaliyyət göstərən vinq çun üzrə milli yığma komandası Yunanıstanın Afina şəhərində keçirilən “Acropolis” beynəlxalq açıq turnirində uşu-sanda və vinq çun-taolu versiyasında uğurla iştirak edib.
Vinq çun (Tao lu) üzrə Aydın Sayadlı, Səfa Məmmədov və Süleyman İsmayılov qızıl, Riad Qasımov gümüş, Xədicə Həbib, Elvin Həsənov və Camal Əliyev isə bürünc medal qazanıblar.
Leave A Comment