15 oktyavr 2022-ci il tarixində Azərbaycan Vinq Çun Federasiyasının və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə universitetin tələbələrinə “Şiddət və zorakılığa qarşı özünümüdafiə” adlı seminar keçirilib.
Qərbi Kaspi Universitetinin idman zalında təşkil olunan seminar federasiyasının prezidenti Asif Sayadovun rəhbərliyi altında və peşəkar məşqçilər Arzuman Rəsulzadə və Elsevər Zülfiyev, o cümlədən təlimatçılar Şahanə Lütfəliyeva və Rəhman Piriyev tərəfindən aparılıb.
Seminarda Əməkdar məşqçi,Vinq-Çun döyüş növü üzrə Ustad Asif Sayadov, özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb
Həmçinin, seminarda müxtəlif psixoloji və ekstremal situasiyalarda şəraitə uyğun davranış və oluna biləcək özünümüdafiə formaları haqqında nəzəri və praktiki təlimlər keçirilib.
Leave A Comment