ASİF SAYADOV – FEDERASİYANIN PREZİDENTİ

İDARƏ HEYƏTİNİN SƏDRİ 

Asif Sayadov 01.06.1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulub. Ali təhsillidir,  1999-cu ildə  Bakı Biznes Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini, 2014-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi”, 5-qat dünya çempionu, Federasiyanın təsisçisi və prezidentidir. 2010-cu ildən Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının  və  Dünya Vinq Çun Birliyinin Azərbaycan üzrə yeganə təmsilçisi və rəsmi nümayəndəsidir.
Eyni zamanda Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidentidir.

İLQAR MUSTAFAYEV – I VİTSE – PREZİDENT 

İDARƏ HEYƏTİNİN ÜZVÜ

İlqar Mustafayev Valeh oğlu 28.02.1988 Bakı şəhərində anadan olub.
Atatürk liseyini bitirmişdir. 2009-cu ildə İqtisad universiteti Türk İşletme fakultesinin bakalavr məzunu olmuşdur.
2021-ci ildə Frankfurt School of Finance and Management – Beynəlxaq Səhiyyənin İdarə olunması MBA məzunudur.
Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsində çalışır. .

RAMİN ƏLİYEV – BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ VİTSE-PREZİDENT

İDARƏ HEYƏTİNİN ÜZVÜ 

Əliyev Ramin Rəşid oğlu, 25.09.1979 Gəncə şəhərində anadan olmuşdur, Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqromühəndis ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir, 2006-2019 cu illərdə Schlumberger şirkətində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, hazirda isə SOCAR AQŞ şirkətində qrup rəhbəri vəzifəsində çalışır.

MAHMUD MEHTİOĞLU  – ÜMUMİ İŞLƏR ÜZRƏ VİTSE – PREZİDENT

İDARƏ HEYƏTİNİN SƏDR MÜAVİNİ

Mehtioğlu Mahmud Nuraddin oglu 1972-ci il Gurcustan Respublikasinin Bolnis Kəpənəkçi kəndində anadan olmuşdur.
Ali təhsillidir, 1996 -ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakultəsini,2002-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasinin Dəniz Mühəndisliyi fakültəsini bitirmisdir.Hal-hazirda Azfen BM Rəhbər vəzifəsində çalısır.2019-cu ildə Çinin Foşan şəhərində keçirilən Wing Chun üzrə dünya çempionatında Chi Sao üzrə Dünya mükafatçısı olmuşdur.

BABƏK ZEYNAL – MƏTBUAT KATİBİ

Zeynalov Babək Adəm oğlu 29.06.1990-cı ildə Naxçıvan M\R-nın Babək rayonunda anadan olub. 2012-ci ildə İnformasiya texnologiyaları üzrə pedaqoji, Azərbaycan Tədris Akademiyasında jurnalistika üzrə təhsil alıb. Daha sonra Polşanın paytaxtı Varşavada təhsilini davam etdirmişdir. 2014-cü ildən Lider Televiziyasında reportyor vəzifəsində çalışıb. 2020-ci ildən etibarən CBC Televiziyasında aparıcı-müxbir vəzifəsində çalışır.
2-ci Vətən müharibəsində ən qaynar nöqtələrdə hərbi reportyor kimi fəaliyyət göstərmişdir.

AZƏR MAHALOV – MALİYYƏ ŞÖBƏSİNİN MÜDİRİ

Mahalov Azər İbadullah oğlu,28.04.1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İdarəetmə İnstitutunu, İdarəetmənin təşkilatçısı ixtisası üzrə bitirmişdir. Uzun müddətdir ki, ölkənin maliyyə sektorunda fəaliyyət göstərir və hal-hazırda Regency Consulting and Tax Solutions MMC-nin idarəedici partnyorudur.2020-ci ildən Azərbaycan Vinq Çun Federasiyasının Maliyyə Şöbəsinin Müdiri vəzifəsində çalışır.

ƏLFİ MƏMMƏDOV- NƏZARƏT TƏFTİŞ KOMİSSİYASININ SƏDRİ
İDARƏ HEYƏTİNİN ÜZVÜ

Məmmədov Əlfi Natiq oğlu 1993-cü ildə Siyəzən şəhərində doğulub. Ali təhsillidir, Azərbaycan Texnikli Universitetinin Telekomunikasiya və Rabitə Fakültəsini bitirib.  Dəfələrlə Respublika çempionu və 2019-cu ildə Çində keçirilən Dünya çempionatının gümüş mükafatçısıdır.