Yarış 3- kateqoriyada keçirilir; vinq çun –kontakt , Tao Lu (kompleks hərəkətlərin nümayişi) və Çi Sao – kontakt
Vinq çun –kontakt üzrə qaydalar:
- 
Hər bir döyüş 2 dəqiqə olmaqla 2 raunddan ibarətdir.
 - 
Hər bir döyüşçü təyin edilmiş geyim forması və qoruyuculardan istifadə etməlidir.
 - 
Döyüş zamanı 5 saniyə ərzində yıxma fəndlərinə icazə verilir.
 - 
Döyüşçüyə yumruqla ancaq düz zərbələrə icazə verilir.
 - 
Döyüş zamanı yumruqla yan və altdan başa və qarına vurulan zərbələr qadağandır.
 - 
Yerdə vurma boğma və ya ağrıdıcı fəndlər qadağandır!
 - 
Döyüşçülər xüsusi nəzərdə tutulmuş beş barmaq əlcəyindən və üzü şüşə ilə bağlı baş qoruyucusundan istifadə etməlidirlər.
 - 
Tatamidən 3 dəfə çıxan döyüşçü məğlub hesab edilir.
 
- 
Geyim formasına riayət etməyən döyüşçü yarışa buraxılmır və qələbə rəqibinə verilir.
 
- 
– Döyüş metodları:
 - 
Vinq-Çun qaydalarına görə döyüş aşağıdaki qaydalara uyğun olmalıdır:
 - 
1) Gücün qısa (“cunjin”) tətbiqi ilə yaxın məsafəli döyüş olmalıdır (“duanda”).
 - 
2) Bütün yaxın məsafəli Vinq-Çun zərbələrinə (Vinq-Çun Taolu`ya müvafiq olan) icazə verilir (həmçinin tutmada).
 - 
3) Vinq-Çun`a aid olan bütün növ ayaq zərbələrinə (Vinq-Çun Taolu`ya əsasən) icazə verilir, aşağı və orta səviyyədə dairəvi ayaq zərbələri daxil olmaqla (“biantui”).
 - 
4) Çiyin və bədən hissələri ilə olan bütün yaxın məsafəli zərbələrə (“kaoda”) icazə verilir (həmçinin tutmada).
 - 
5) Ayaq üstdə olan mövqedən bir ayağı tutmaqla bütün atma fəndlərinə icazə verilir.
 - 
6) Bədəni tutmaqla yaxın məsafədən bütün atma fəndlərinə icazə verilir.
 - 
7) Ayaq üstdə olan mövqedən bütün badalaq fəndlərinə (“saotui”) icazə verilir.
 - 
8) Rəqibin ayağı tutarkən əl və ayaq zərbələrinə icazə verilir.
 
- 
– Qadagandır:
 - 
1) Hər iki ayağı tutmaqla heç bir atma fəndlərinə icazə verilmir.
 - 
2) Yerə yıxmaqla atma fəndlərinə icazə verilmir.
 - 
3) Platformadan itələmək qadağandır.
 - 
4) Dairəvi ayaq zərbələrinə icazə verilmir (arxadan dairəvi ayaq zərbələri daxil olmaqla).
 - 
5) Kəsici zərbələr icazə verilmir (“piquan”).
 - 
6) Baş ilə zərbələr icazə verilmir.
 - 
7) Boyun tutmaqla atma fəndlərinə icazə verilmir.
 - 
8) “Kilidli” atma fəndlərinə icazə verilmir.
 - 
9) Dirsək ilə zərbələr icazə verilmir.
 - 
10) Ayaqlara tapdalayıcı zərbələr icazə verilmir.
 - 
11) Rəqibin qolunu tutarkən əl və ayaq zərbələri icazə verilmir.
 - 
12) Başa ikidən çox ardıcıl əl zərbələri vurmaq icazə verilmir.
 - 
– Qadağan olunmuş zonalar:
 
- 
1) Baş arxası və boyun.
 - 
2) Boğaz.
 - 
3) Qasıq.
 - 
4) Bel-kürək (arxa).
 - 
5) Əl və ayaq oynaqları.
 - 
6) Gözlər.
 - 
Diqqət:
 - 
Qadağan olunmuş zonalara qəsdən hücümlar edildikdə diskvalifikasiya olunur.
 - 
Qadağan olunmuş zonalara qəsdən olmayan hücümlar edildikdə xəbərdarlıqla cəzalandırma olacaq.
 - 
İki qəsdən olmayan hücüm diskvalifikasiyaya səbəb olur.