Vinq Çün Döyüş Sənətinin özünə xas fəlsəfəsi və qanunları mövcuddur.
Bu qanunlar üzərində planlı şəkildə qaydalar formalaşmışdır. Vinq Çunla məşğul olmaq istəyən hər bir kəs bu qaydalara riayət etməlidir.
Bu qaydaların ilk və ən vacib olanı daxili nizam-intizam qaydalarıdır.
Hər bir idmançı ilk növbədə nizam-intizamlı olmalıdır. Uğur qazanmaq istəyirsənsə, intizama riayət etməlisən, proqram əsasında çalışmalısan. Bir idmançı intizama riayət etmirsə, məşqçilərin tapşırıqlarına əməl etmirsə o idmançının hazırlığı da istənilən səviyyədə olmayacaq.