Azərbaycan Vinq Çun Döyüş Sənəti federasiyasının əsasnaməsində göstərilən dərəcələndirmə imtahanı 6 – səviyyədə təyin olunmuşdur.

Dərəcələndirmə imtahanı götürülməklə  tələbənin bu döyüş sənətində hansı səviyyədə olduğunu təyin edir və təsdiqlənir.

                          I səviyyə üçün imthan proqramı:

Bu proqram Vinq Çun ilə yeni başlayan öyrəncilər üçün nəzərdə tutulmuşdur.

Təlim məşqlərinə yeni başlamış bir öyrəncinin 6 aylıq təlim məşq proqramını bitirdikdən sonra səviyyəsini təsdiqləmək üçün imtahan götürülərək “I- səviyyə” sertifikatı ilə təltif olunur.

  • Bu proqrama nə daxildir?

  • Siu lim tao( kompleks hərəkətlər yığımı),

  • Dan çi sao( yarım yapışqan əllər texnikası),

  • Mövqe, addım,hərəkət və dönmələr.

  • Vinq Çun ayaq zərbələri

  • Fiziki hazırlıq

II səviyyə üçün imthan proqramı:

Bu proqram Vinq Çun ilə azı 12 ay məşğul olan öyrəncilər üçün nəzərdə tutulmuşdur.

12 aylıq təlim məşq proqramını bitirdikdən sonra səviyyəsini təsdiqləmək üçün imtahan götürülərək “II- səviyyə” sertifikatı ilə təltif olunur.

  • Bu proqrama nə daxildir?

  • Çam Kiu ( kompleks hərəkətlər yığımı),

  • Çi sao (yapışqan əllər texnikası),

  • Mövqe, addım,hərəkət və dönmələr.

  • Standard 10- döyüş texnikasının tətbiqini nümayiş etdirmək.

  • Ayaq zərbələri.

  • Əl zərbələri

  • 2 dəqiqəlik full kantakt döyüş

  • Fiziki hazırlıq

III səviyyə üçün imthan proqramı:

Bu proqram Vinq Çun ilə azı 1.5-2 ildən yuxarı məşğul olan öyrəncilər üçün nəzərdə tutulmuşdur.

Təlim məşq proqramını bitirdikdən sonra səviyyəsini təsdiqləmək üçün imtahan götürülərək “III- səviyyə” sertifikatı ilə təltif olunur.

  • Bu proqrama nə daxildir?

  • Bee Jee ( kompleks hərəkətlər yığımı),

  • Çi sao (yapışqan əllər texnikası),

  • Mövqe, addım,hərəkət və dönmələr.

  • Standard 10- döyüş texnikasının tətbiqini nümayiş etdirmək.

  • 3 dəq. 1 raund tam döyüş

  • Silahlardan istifadə. ( 5 texnika)

  • Fiziki hazırlıq

IV səviyyə üçün imthan proqramı:

Bu proqram Vinq Çun ilə azı 2.5-3- ildən yuxarı məşğul olan öyrəncilər üçün nəzərdə tutulmuşdur.

Təlim məşq proqramını bitirdikdən sonra səviyyəsini təsdiqləmək üçün imtahan götürülərək “IV- səviyyə – instruktor” sertifikatı ilə təltif olunur.

  • Bu proqrama nə daxildir?

  • Mook Yan Jong ( taxta adam üzərində çalışma),

  • Çi sao (yapışqan əllər texnikası),

  • Mövqe, addım,hərəkət və dönmələr.

  • Standard 10- döyüş texnikasının tətbiqini nümayiş etdirmək.

  • 2 dəq. 2 raund tam döyüş

  • Silahlardan istifadə. (10 texnika)

  • Fiziki hazırlıq

V- səviyyə üçün imthan proqramı:

Bu proqram Vinq Çun ilə azı 4.5 -5- ildən yuxarı məşğul olan öyrəncilər üçün nəzərdə tutulmuşdur.

Təlim məşq proqramını bitirdikdən sonra səviyyəsini təsdiqləmək üçün imtahan götürülərək “V- səviyyə – Sifu” sertifikatı ilə təltif olunur.

  • Bu proqrama nə daxildir?

  • Baat Cham Dao ( xüsusi bıçaqlarla kompleks hərəkətlər yığımı),

  • Çi sao (yapışqan əllər texnikası),

  • Mövqe, addım,hərəkət və dönmələr.

  • Standard 10- döyüş texnikasının tətbiqini nümayiş etdirmək.

  • 2- nəfərə qarşı tam döyüş

  • Silahlardan istifadə. (10 texnika)

  • Fiziki hazırlıq

VI- səviyyə üçün imthan proqramı:

Bu proqram Vinq Çun ilə azı 7-8 ildən yuxarı məşğul olan instruktor və sifu səviyyəsini əldə edənlər üçün nəzərdə tutulmuşdur.

Təlim məşq proqramını bitirdikdən sonra səviyyəsini təsdiqləmək üçün imtahan götürülərək “VI- səviyyə – master” sertifikatı ilə təltif olunur.

  • Bu proqrama nə daxildir?

  • Luk Dim Boon Kwun (  kompleks hərəkətlər yığımı),

  • Çi sao (yapışqan əllər texnikası),

  • Standard 10- döyüş texnikasının tətbiqini nümayiş etdirmək.

  • 3- nəfərə qarşı tam döyüş

  • Silahlardan istifadə. (10 texnika)

  • Fiziki hazırlıq

  • Təlim məşqlərinin hansı keyfiyyətdə keçə bilmə qabiliyətinin yoxlanılması

  • Tələbə və valideynlərlə davranış qaydaları

  • Tələbələrə Vinq Çun haqqında nəzəri və praktiki bilgilər vermə yönümdə 2 saatlıq seminarı həyata keçirtmək